Accessibility links

Britaniya müğənnisi Emi Vaynhaus özəl qəbiristanlıqda dəfn ediləcək


Britaniya müğənnisi Emi Vaynhaus özəl qəbiristanlıqda dəfn ediləcək
Britaniya müğənnisi Emi Vaynhaus özəl qəbiristanlıqda dəfn ediləcək

Bu gün keçən şənbə günü evində cəsədi tapilan Britaniya müğənnisi Emi Vaynhausun ailəsi özəl dəfn mərasimi keçirir. Ailə sözçüsü Vaynhausun ailə üzvlərinin və yaxınlarının dəfn edildiyi özəl qəbiristanlıqda dəfn ediləcəyini bildirib.

London polisinin bildirdiyinə görə, bazar ertəsi 27 yaşlı müğənninin meyidi yarılmış amma hansı səbəbdən öldüyü hələ müəyyən edilməmişdir. Müğənninin ölümünün səbəbinin qeyri-müəyyən olduğu deyilsə də, heç kəsdən şübhələnilmədiyi deyilir. Ekspertlərin hal-hazırda toksikoloji yoxlamalar apardığı və nəticənin əldə edilməsi üçün bir neçə həftə lazım olacağı bildirlir.

XS
SM
MD
LG