Accessibility links

Britaniyada parlament üzvünün qətli nəticəsində referendum kampaniyası təxirə salınıb [Video]


Britaniyanın parlament üzvü Co Koks cümə axşamı təmsil etdiyi Qərbi Yorkşayrda güllələnib və bir neçə dəfə bıçaqlandıqdan sonra dünyasını dəyişib. 50 yaşlarında naməlum şəxs Leyboristlər partiyasının üzvü olan Koksa Birstal şəhərində hücum edib. Koks orada seçiciləri ilə görüş keçirməyi planlaşdırırdı. Onun ölümü gələn həftə Britaniyanın Avropa İttifaqını tərk edib-etməməsinə dair keçiriləcək referendum kampaniyasının təxirə salınmasına səbəb olub.

O, mərhəmət hissinə sahib, böyük ürəyi olan parlament üzvü idi. İnsanlar bu dəhşətli xəbərə görə kədərləncəklər.

Britaniyanın baş naziri Deyvid Kameron iyunun 23-nə nəzərdə tutulan referendumun təxirə salınmasına dair qərarı alqışlayıb. Cümə axşamı Cəbəlütariqdə çıxış edən Kameron Koksun ailəsinə başsağlığı verib və İspaniyanın cənub sahilində yerləşən Britaniya ərazisində referendum kampaniyasını dayandırdığını açıqlayıb.

“Biz böyük bir ulduzu itirdik. O, mərhəmət hissinə sahib, böyük ürəyi olan parlament üzvü idi. İnsanlar bu dəhşətli xəbərə görə kədərləncəklər. Doğrudur ki, biz bu referendumla bağlı kampniyamızı dayandırırıq. Bu dəhşətli zamanda bizim və tərəfdarlarımızın duaları Conun ailəsi ilə olacaq” - deyə baş nazir bildirib.

İki uşaq anası 41 yaşlı Co Britaniyanın Avropa İittaqına üzvlüyünü dəstəkləyirdi. O, həmçinin Avropadakı Suriya qaçqınlarla humanist rəftara çağırırdı. Ona qarşı hücumun isə siyasi motivli olub-olmadığı hələ aydın deyil. Polis hadisə ilə bağlı irimiqyaslı istinaq başladıb.

İnsanlar Co Koksun xatirəsini anır

İnsanlar Co Koksun xatirəsini anır

"İstintaq hələ erkən mərhələdədir. Biz artıq bir şəxsi həbs etmişik, amma hazırda heç bir motivlə bağlı açıqlama vermək iqtidarında deyilik.”

Hücumla bağlı 52 yaşlı bir kişi həbs olunub. Koks hücumdan sonra xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Yerli mağaza sahibi hadisənin şahidi olub.

“Mən onu gördüm... o silah çıxardı,” deyə o bildirib.

Koks seçiciləri tərəfindən çox sevilirdi.

Britaniyanın Avropa İtitfaqına üzv olmasının əleyhdarları ittifaqı tərk etmək istəklərinin əsas səbəbi olaraq suverenlik və immiqrasiya kimi məsələləri göstərirlər.

XS
SM
MD
LG