Accessibility links

Zorakılıq ittihamı ilə üzləşən Britaniya polislərinə bəraət qazandırılıb


Zorakılıq ittihamı ilə üzləşən Britaniya polislərinə bəraət qazandırılıb

Zorakılıq ittihamı ilə üzləşən Britaniya polislərinə bəraət qazandırılıb

Britaniyada 2003-cü ildə terrorçu qruplarına yardım məqsədi ilə pul toplamaqda şübhələnilən Babər Əhmədə qarşı zorakılıq tətbiq edilməsində ittiham edilən dörd polis işçisinə bəraət qazandırılıb. London məhkəməsi bu gün Əhmədin onu döydüklərini və İslam dinini təhqir etdiklərini deyən Nigel Couli, Roderik Ceyms-Bouen, Mark Cons və Con Donohyunun günahkar olmadığı barədə qərar çıxarıb. Babər Əhmədi həbs etməyə gedən dəstə onun təlim keçdiyi və döyüşə bildiyi barədə xəbərdar edilmişdi.

Polis Əhməd həbs edilərkən müqavimət göstərdiyini və polisin onu nəzarət aldına almağa çalışarkən yaralandığını deyib. Əhməd isə döyüldüyü, təpikləndiyi və dizi üstə çökdürüldüyü və ona“Allahın indi hardadır?”- deyə, sual verildiyini iddia edir.

XS
SM
MD
LG