Accessibility links

Radikal ruhani Britaniyaya qarşı appelyasiya məhkəməsində qalib gəldi


Radikal Islamçı ruhani Əbu Qatada terror ittihamları ilə mühakimə olunmaq üçün özünün Britaniyadan İordaniyaya deportasiya olunmasına qarşı açdığı appelyasiya şikayətində qalib gəlib.

Bazar ertəsi Qatadanın ədalətli mühakimə olunmayacağına zəmanət verilməsinin mümkün olmadığı üçün Xüsusi İmiqrasiya Appelyasiya Komissiyası ekstradisiya qərarını dondurub. Çərşənbə axşamı onun girov müqabilində azadlığa buraxılacağı gözlənilir. Lakin bu bunun ciddi şərtlər altında baş tutacağı gözlənilir.

Bəyanarda Britaniya Daxili İşlər Nazirliyi qərardan qətiyyən razı olmadığını bildirərək appelyasiya şikayəti etməyi planlaşdırdığını bildirib.

Qatada 1998-ci ildə İordaniyada qiyabi olaraq terrorizm ittihamı ilə əlaqədar iki bomba hücumuna görə mühakimə olunub.

Daxili işlər naziri Tereza Mey İordaniyadan işgəncə vasitəsi ilə əldə olunmuş məlumatlardan ona qarşı istifadə olunmayacağına dair təminaq aldıqdan sonra onun ekstradisiya olunması ilə bağlı qərar verib.

Britaniya rəsmiləri 1990-cı ildə Britaniyaya gəlmiş Qatadanı keçmiş Əl-Qaidə lideri Usama bin Ladenin Avropadakı yüksək rütbəli müavini kimi təsvir edib.

Britaniya 2001-ci ildən bəri Qatadanı deportasiya etməyə çalışır, lakin bu cəhdlərin qarşısı ardıcıllıqla məhkəmələr tərəfindən alınıb. Yanvar ayında Avropa İnsan Haqları Məhkəməsi onun deportasiya olunmasına qarşı çıxıb. Çünki məhkəmə ona qarşı istifadə olunan dəlillərin İordaniyada işgəncə nəticəsində əldə olunduğu iddia olunur.
XS
SM
MD
LG