Accessibility links

Britaniya tax-tacının varisini görə bilmək üçün insanlar London xəstəxanası qarşısında toplaşıb.

Şahzadə Uilyam və onun həyat yoldaşı Keytin xəstəxanadan çıxacağı və ilk dəfə kral körpəsini ictimaiyyətə göstərəcəyi gözlənilir.

Körpənin dünyaya gəlişi xəbərini qeyd etmək üçün Britaniyada şənliklər keçirilir. Kensinqton şarayının rəsmiləri Keyt və onun usağının səhhətinin normal olduğunu bildirib.

Qısa bəyanatında şahzadə Uiliyam isə “bundan böyük xoşbəxtlik ola bilməz” deyib.

Şənliklər bu gün də davam edir. Kral körpəsinin şərəfinə London boyu atəşfəşanlıq keçirilir.
XS
SM
MD
LG