Accessibility links

Britaniya: Rusiya təyyarəsinin qəzasına bomba partlayşı səbəb ola bilərdi


Britaniya şənbə günü Rusiya təyyarəsinin Sinay yarımadası üzərində qəzasına bombanın partlamasının səbəb ola bilməsi ilə bağlı artan narahatlıq ifadə edib.

Britaniya rəsmiləri Sank Peterburqa səmt götürən təyyarənin göyə qalxdığı Misirin Şərm Əl-Şeyx kurort şəhərinin hava limanına aviasiya eskpertlərini göndərib. Ekspertlərdən ibarət komanda Britaniya təyyarələrinin regiondan uçuşlar icra etməsindən əvvəl hava limanında təhlükəsizliklə bağlı vəziyyəti dəyərləndirir.

“Təhqiqatın davam etdiyi zaman biz Rusiya təyyarəsinin qəzasına konkret nəyin səbəb olduğu ilə bağlı bir şey deyə bilmərik. Lakin daha çox informasiya gəldikdə biz təyyarənin düşməsinə partlayıcı cihazın səbəb olduğu ilə bağlı daha çox narahat oluruq”-deyə eksperlərin bəyanatında bildirilir.

Vaşinqtonda Ağ Evin sözçüsü Coş Ernest ABŞ hava nəqliyyat vasitələrinin Sinay yarımadası üzərindən müntəzəm olaraq uçuşlar icra etdiyini deyib. Lakin o qeyd edib ki, ölkənin hava təhlükəsizliyi agentliyi bir neçə ay bundan əvvəl sərnişin təyyarələrinin Sinay üzərində “ekstremistlərin fəaliyyəti ilə əlaqədar potensial risk qarşısında olduğuna” dair xəbərdarlıqla çıxış edib.

Bu arada, İslam Dövləti qrupu buna skeptik yanaşanlara meydan oxuyaraq Metrojet A 321 təyyarəsini yerə saldığına dair iddiasını təkrar edib.

Sosial media saytlarında yerləşdirilmiş audio mesajda İslam Dövləti qrupu lazım bildiyi vaxt hücumun detallarını aça biləyini bildirib.

Rəsmilər təyyarənin qəzaya uğradığı zaman onun raketlə vurulduğuna dair heç bir dəlilin olmadığını bildiriblər. Bu, təyyarənin özündə ya bombanın mövcudluğu, ya da mühərrikin nazaslığı nəticəsində partlayşın baş verməsi ehtimalını mümkün edir.

XS
SM
MD
LG