Accessibility links

Britaniya Rusiyanı Suriyada dinc əhalinin qətlində günahlandırır [Video]


Britaniya Rusiyanı Suriyada dinc əhalinin qətlində günahlandırır
please wait

No media source currently available

0:00 0:02:24 0:00

Britaniya Rusiyanı Suriyanın hökumət qüvvələrini dəstəkləməklə, yüzlərlə dinc əhalinin qətlinə səbəb olmaqda günahlandırıb. Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasında Fransanın Hələbdə döyüşlərin dayandırılması tələbinə veto tətbiq etməsindən sonra söz güləşi daha da artıb.

Kaset bombaları, raket və pulemyot hücumları Hələbin çox hissəsini viran qoyub. Bombabaranlar 250 min nəfər əhalisi olan bu şəhəri məhv olma riski altına salıb.

Qərb Rusiyanı dinc əhalinin yaşadığı əraziləri hədəf almaqda ittiham edir. Moskva isə dəlil və sübutlara baxmayaraq bu ittihamları rədd edir.

Fransa bu yaxınlarda Beynəlxalq Cinayət Məhkəməsini təhqiqata çağırıb.

Britaniya parlamentinin növbədənkənar sessiyasında xarici işlər naziri Boris Conson deyib ki, Rusiya özünü toxunulmaz dövlət kimi aparır.

"Prezident Putin strategiyası ilə Rusiyanın əzəmət və şöhrətini artırdırdığını düşünürsə, onda mən inanıram ki, Suriyada baş verənlərə görə beynəlxalq müstəvidəki ikrah onun ambisiyalarını puça çıxaracaq."

Qanunvericilər mülki əhalinin müdafiəsi üçün Suriyada uçuşlara yasaq zona yaradılmasına çağırır.

Qanunverici Tomas Tugendat: “Kaset bombaları atan vertolyotlar rahatlıqla Türkiyənin raket bazasından vurulub salına bilər. Bunu Livandan və ya Britaniyanın Aralıq dənizindəki gəmilərindən də etmək olar."

Uçuşlara yasaq zona fikri ötən ay BMT-nin yardım karvanı hücuma məruz qaldıqdan sonra ABŞ dövət katibi Con Kerri tərəfindən səslənib. Hazırda Britaniyanın bu ideyaya dəstək verməsi çağırışları artıb.

Henri Conson İctimai təşkilatından Alan Medoza: “Çıx ictimaiyyət arasına və söylə ki, Amerika, biz səninləyik. Biz əlbəttə ki, buna hərbi dəstək də verəcəyik. Güclü bir hərbi mövcudluq qarşısında onlar riskə getməyəcək. Bununla müzakirələr yolu ilə razılıq şansı arta bilər.”

Rusiya mülki əhalini hədəf aldığını inkar edərək, hədəfinin qərbin öhdəsindən gələ bilmədiyi İŞİD olduğunda israr edir.

Lakin Britaniyanın baş naziri Tereza Mey hələ ki, nə uçaqlara yasaq zona, nə də hərbi dəstək barədə heç nə deməyib. O yalnız beynəlxalq ictimaiyyətin Rusiyaya təzyqilərini artıracağını dilə gətirib.

Moskva ilə Qərbin münasibətlərinin soyuduğu bir vaxt Rusiyanın dövlət başçısı Vladimir Putin gələn həftə Parisə planlaşdırılan səfərini təxirə salıb.

XS
SM
MD
LG