Accessibility links

Qərbin narahatlıqlarına baxmayaraq Rusiyanın Suriyada bombalama kampaniyasını davam etdirdiyi vaxt Böyük Britaniyanın daxili təhlükəsizlik naziri bildirib ki, Moskvanın hava hücumlarının yalnız 5 faizi Suriyadakı İŞİD ekstremistlərini hədəf alır.

Sun qəzetinə müsahibəsində nazir Matkl Fallon Rusiyanın bombalarının çoxunun Qərbin dəstəklədiyi Azad Suriya Ordusu da daxil olmaqla, Suriyadakı üsyançı qrupları hədəf aldığını və mülki vətəndaşların həyatına son qoyduğunu bildirib.

“Biz hər səhər hücumların harada keçirildiyini təhlil edirik” – deyə Fallon bildirib. Onun sözlərinə görə, hücumların böyük əksəriyyəti ümumiyyətlə İŞİD əleyhinə deyil.

“Bizim dəlillər göstərir ki, onlar mülki ərazilərə yönləndirilməmiş partlayıcılar ataraq mülki vətəndaşların ölümünə səbəb olub. Onlar bombaları Əsədə qarşı müharibə aparan Azad Suriya qüvvələrinə atırlar” – deyə Fallon əlavə edib.

Rusiya bu həftə başlıca hədəfinin İŞİD qruplaşması olduğunu bildirərək Suriyada bombalar atmağa başlayıb. Ancaq Qərb rəsmiləri bildirir ki, ilk kampaniyanın çoxu ABŞ-ın dəstəklədiyi üsyançı qrupu hədəf alıb.

XS
SM
MD
LG