Accessibility links

Elm

Quş sürülərinin sirləri [Video]


İngiltərənin cənub sahillərində sığırçın sürüsü göydə cürbəcür rəqslər edir. Onlar aramsız olaraq istiqamətlərini rəhbərlərinin əmrinə əsasən dəyişirlər. Quşların hərəkəti mütəşəkkil təşkil olduğundan hansı quşun sürüyə başçılıq etdiyini müəyyən etmək çətindir.

Varvik Universitetindən bir qrup alim deyir ki, buna səbəb quşlarda instik olaraq optimal sıxlığı qorumaq ehtiyacının olmasıdır. Onların sürü halında bir yerdə olmaları yırtıcılardan qorunmalarına kömək edir.

Araşdırmanın rəhbəri Daniel Pirs deyir ki, sürüdəki hər bir quş eyni məlumata sahibdir.

Daniel Pirs: Hər bir fərd davranışını müstəqil olaraq seçir. Bu kənardan çox mütəşəkkil struktura oxşayır. Ancaq əslində bütün fərdlər eyni şeyi eyni vaxtda edir.

Video çəkilişdə yırtıcı quş tərəfindən izlənən sığırçınlar eyni davranışı nümayiş etdirir.

Bu daha sonra bir sürü sığırçının uçuşu kompyuter alqoritm modeli ilə təsdiqlənib.

Daniel Pirs: Çünki sürü hər zaman sıx olduğundan fərdlər ancaq yırtıcı quşu görə bilir, onlar yəqin ki digər quşların da yırtıcıya reaksiyalarını görür və onlar bu məlumatı aralarında bölüşdüyü üçün yırtıcı onları ayırsa belə, onlar yenidən birləşirlər.

Fizika üzrə professor Metyu Törner deyir ki, havada işləyən hər şey suda da işləyə bilər.

Metyu Törner: Balıqlar bir az quşlardan fərqlənir. Onların diğər hissləri də var. Məsələn onlar təzyiqi ölçə bilir. Ancaq onlar görüntüyə əsaslanan orqanizmlərdir. Onlar bir-birlərinə baxaraq hərəkət edirlər. Biz düşünürük ki, çox oxşar model balıqların da davranışını izah edə bilər.

Alimlər quşların davranışını başa düşməyin onlara kiçik robotları istiqamətləndirmək üçün alqoritmlər qurmağa kömək edəcəyini deyir.

XS
SM
MD
LG