Accessibility links

İslam dövləti terrorçu qrupuna qoşulmaq üçün Suriyaya səfər etməkdə şübhəli bilinən britaniyalı üç qız Türkiyədə təhlükəsizlik kameralarına düşüb.

İki dəqiqəlik videoda üç qız fevralın 17 və 18-də İstanbulda avtovağzalda üç fərqli tur şirkətinə girib-çıxdığı görsənir.

Bu, qızların Londonu tərk etdikdən sonra ilk görüntüsüdür.

Rəsmilər qızların hələ də İstanbulda olduqlarına dair sübutun qalmadığını düşünür. Onlar qızların artıq Suriyanın İslam Dövləti qrupu nəzarətində olan bölgəsinə keçdiyinə inanır.

15-17 yaş arasında qızların Türkiyə hava yollarına məxsus təyyarə ilə fevralın 17-si Londondan İstanbula uçduğu bildirilib.

Təhlükəsizlik rəsmilər 500-ə yaxın britaniyalının ekstremistlərə qoşulmaq üçün Türkiyə vasitəsilə Suriyaya getdiyi güman edir.

XS
SM
MD
LG