Accessibility links

Britaniyalı Bredli Viggins Tour de France yarışının qalibi oldu



Bredli Viggins prestijli Tour de France velosiped yürüşündə qələbə çalaraq, yarışların 109 illik tarixində ilk britaniyalı qalib olub.

Parisin Yelisey meydanında finiş xəttini keçən 32 yaşlı Viggins velosiped idmanı üzrə üç dəfə Olimpiya çempionudur.

Viggins şənbə günü yarışların ikinci yarısında yüksək göstəricilər əldə edərək, çempion titulunu özünə təmin etmişdir. Bu qələbə keçən il yürüş zamanı qəzaya uğrayıb körpücük sümüyünü sındıran idmançı üçün olduqca böyük əhəmiyyət daşıyır.

Britaniyalı Kristofer Frum yarışda ikinci yerə çıxıb. Bu, 1984-cü ildən sonra ilk dəfədir ki eyni ölkənin idmançıları birinci və ikinci yerləri tutur.
XS
SM
MD
LG