Accessibility links

Britaniyada terror hücumlarından 10 il ötür


Britaniyada Londonun ictimai nəqliyyat sistemində onlarla insanın ölümül nəticələnmiş islamçı intihar hücumlarının 10-cu ildönümüdür.

2005-ci il iyulun 7-i dörd britaniyalı gəncin üç metro stansiyası və bir avtobusda törətdiyi hücum 52 nəfərin ölümünə səbəb olmuşdu. Britaniyanın Baş naziri Deyvid Kameronun bu gün verdiyi bəyanatda hücumlar həyatını itirən insanların xatirəsi anılıb.

Cənab Kameron Londonun Hayd parkında hadisə qurbanlarının xatirəsinə qoyulmuş abidə qarşısına əklil qoyub və onların xatirəsini baş əyərək bir dəqiqəlik sükutla anıb.

Britaniyada təhlükəsizlik hazırlığı səviyyəsi artırılıb. Bu isə rəsmilərin terror hücumu ehtimalının yüksək səviyyədə olduğuna inandığını göstərir.

Baş nazir bildirib ki, ötən ay Tunis çimərliyində 30 britaniyalı və digər ölkədən başqa səkkiz turistin öldürülməsi mövcud terror təhlükəsinin göstəricisidir.

Nadir hallarda ictimaiyyət üçün bəyanat verən Britaniya kəşfiyyat idarəsinin başçısı Endrü Parker ölkədə boya-başa çatmış, lakin hansısa səbəblərə görə öz ölkəsinə düşmən gözü ilə baxan vətəndaşlar tərəfindən mümkün təhlükənin artması barədə xəbərdarlıq edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG