Accessibility links

Böyük Britaniya Xarici İşlər Nazirliyi İntiqam Əliyevin həbsindən narahatdır


İntiqam Əliyev (Foto Ülvi Həsənlinindir)
İntiqam Əliyev (Foto Ülvi Həsənlinindir)

Böyük Britaniya Xarici İşlər Nazirliyi hüquq müdafiəçisi İntiqam Əliyevin barəsində məhkəmə hökmü ilə bağlı bəyanatla çıxış edib.

Nazirliyin nümayəndəsinin bəyanatında deyilir:

“Böyük Britaniya İntiqam Əliyevin vergidən yayınma, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətindən sui-istifadə kimi şübhəli ittihamlarla 7,5 il müddətə azadlıqdan məhrum edilməsi barədə hökmdən narahatdır.

Cənab Əliyev beynəlxalq aləmdə tanınmış vəkildir. Avropa İnsan Hüquqları Məhkəməsində iddia qaldıran ilk azərbaycanlı hüquqşünaslarından biri kimi və həbsindən əvvəl Avropada Hüquqi Təhsil Şurası proqramının koordinatoru olub, Azərbaycanda hüquq sisteminə mühüm töhfə verib.

Cənab Əliyev də uzun müddətə həbs olunan hüquq müdafiəçilərinin siyahısına düşüb.

Birləşmiş Krallıq məhkəmə çəkişməsinin aparılması üzrə bəzi aspektlərdən narahatdır, belə ki, bu, hökmün siyasi motivli olması barədə təəssürat yaradır. Biz bir daha Azərbaycanı öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə və vətəndaş cəmiyyətinin problemlərini həll etməyə çağırırıq”, bəyanatda vurğulanır.

XS
SM
MD
LG