Accessibility links

Britaniyada 12 nəfər terrorçu həbs edilib


Britaniyada 12 nəfər terrorçu həbs edilib
Britaniyada 12 nəfər terrorçu həbs edilib

Rəsmilər dünən saxlanılan şəxslərin 17-28 yaşlar arasında olduqlarını bildiriblər

Britaniya polisi Britaniyada terrorçu hücum planlaşdırmaqda şübhəli bilinən 12 nəfəri həbs etdiklərini bildirib. Britaniyanın əks-terrorizm idarəsinin yüksək səviyyəli rəsmisi Con Yets hadisədə şübhəli bilinənlərin ölkə paytaxtı Londondan tutmuş Velsdə Kardiffə qədər genişmiqyaslı əməliyyat zamanı həbs edildiklərini deyib. Yets bildirib ki, dünənki həbs qabaqcadan planlaşdırılmış kəşfiyyat xarakteri daşıyan əməliyyatın bir hissəsi olub. Rəsmilər dünən saxlanılan şəxslərin 17-28 yaşlar arasında olduqlarını bildiriblər.

XS
SM
MD
LG