Accessibility links

Britaniyada hakimiyyətin gələcəyi qeyri-müəyyəndir


1974-cü ildən bəri ilk dəfədir ki, Britaniyada heç bir siyasi partiya həlledici çoxluq əldə edə bilməyib

Britaniyada parlament seçkilərinin ardınca müxalifətdə olan Mühafizəkarlar yerlərin əksəriyyətini qazanmışlar, lakin bu rəqəm onlara hökumət formalaşdırmaq üçün kifayət etmir. Səsvermənin nəticələri göstərir ki, Mühafizəkarlar 650 yerlik parlamentdə 306, baş nazir Qordon Braunun Əmək partiyası isə 258 yer qazanmışdır. Hər iki partiya hökumət formalaşdırmaq üçün tələb olunan 326 yerə malik olmadığından 57 yer qazanmış Liberal Demokratlarla koalisiya qurmaq üzrə danışıqlara daxil olmalıdır. Liberal Demokratların lideri Nik Kleq deyir ki, ən çox səs toplamış Mühafizəkarlara hökumət qurmağa imkan verilməsi daha ədalətli olardı. 1974-cü ildən bəri ilk dəfədir ki, Britaniyada heç bir siyasi partiya həlledici çoxluq əldə edə bilməyib. Mühafizəkarların lideri Kameron Braun Əmək partiyasının xalqı idarə etmək üçün mandatını itirdiyini söyləyərək Birtaniyanın dəyişikliyə hazır olduğunu bəyan edib.

XS
SM
MD
LG