Accessibility links

Britaniyada iki milyondan çox əməkçi tətil edir

  • Amerikanın səsi

Britaniyada iki milyondan çox əməkçi tətil edir

Britaniyada iki milyondan çox əməkçi tətil edir

Britaniyada iki milyondan çox işçi hökumətin ictimai sektorda pensiyalarını azaltdığına etiraz əlaməti olaraq tətil edir. Rəsmilər Londonun Heathrow hava limanında uçuşların ləngiyəcəyinə dair xəbərdarlıq edib. Bəzi aviasiya şirkətləri Londona uçuşları ləğv etmək məcburiyyəti qarşısında qalıblar.

Dövlət məktəblərinin əksəriyyəti və ictimai nəqliyyat vasitələri bu gün işləməyəcək və bir çox xəstəxanalarda yalnız ən mühüm xidmətlər fəaliyyət göstərəcək. Bu gün ölkə boyu onlarla tətil yürüşləri keçirilib. 30-a yaxın həmkarlar ittifaqı hökumətin büdcədəki 185 milyard dollar borcu pensiyaların azaldılması və iş saatlarının artırılması hesabına azaltmaq planına etiraz bildirib.

Hökumət bildirib ki, problemi mitinqlər yolu ilə aradan qaldırmaq mümkün olmayacaq. Ona görə ki, hal-hazırkı pensiya sistemi artıq əlverişli deyil. Rəsmilər həmkarlar ittifaqlarına tətillərin iqtisadiyyata 800 milyon dollara yaxın məbləğdə zərər vuracağı barədə xəbərdarlıq ediblər.

XS
SM
MD
LG