Accessibility links

Britaniyalı humanitar yardım işçisinin ölümü üzərində təhqiqat başlayıb


Britaniya baş naziri Devid Kameron

Britaniya baş naziri Devid Kameron

ABŞ və Britaniya rəsmiləri xilasetmə əməliyyatı zamanı britaniyalı yardım işçisinin həlak olması üzərində təhqiqata başlayıblar. Britaniyanın baş naziri Devid Kameron deyir ki, ehtimal var ki, Əfqanıstanda girov götürülmüş humanitar yardım işçisi Linda Norqrov Birləşmiş Ştatlar hərbi qüvvələrinin onu azad etmək üçün həyata keçirdikləri əməliyyat zamanı həlak olub. Baş nazirin sözlərinə görə Əfqanıstandakı Birləşmiş Ştatlar və NATO hərbi qüvvələrinin komandiri genaral David Petreas dünən ona deyib ki, ola bilsin ki, Linda Norqrov onu girov götürən taliban tərəfindən yox, Birləşmiş Ştatlar əsgərinin atdığı qumbara partlayışı nəticəsində həlak olub. Norqrov Əfqanıstanın şərqindəki Kunar vilayətində cümə günü həlak olub. Linda Norqrovu sentyabr ayının 26-da Kunar vilayətinin Devagal vadisində girov götürmüşdülər.

XS
SM
MD
LG