Accessibility links

Fransa və Britaniya liderləri Liviyaya səfər edir (Yenilənib)


Fransa və Britaniya liderləri Liviyaya səfər edir (Yenilənib)

Fransa və Britaniya liderləri Liviyaya səfər edir (Yenilənib)

Britaniyanın baş naziri Devid Kameron və Fransa prezidenti Nikola Sarkozi Liviyanın müvəqqəti hökuməti ilə danışıqlar aparmaq məqsədi ilə bu ölkəyə səfər edirlər. Bu, sabiq prezident Müəmmər Qəzzafinin devrilməsindən sonra xarici hökumət başçılarının Liviyaya ilk səfəridir. Hər iki lider Liviyaya bu gün yollanıblar. Onlar Milli Keçid Şurasının başçısı Mustafa Əbdül Cəlillə müzakirələrdən sonra Benqazi şəhərinə gedəcəklər.

Fransa prezidenti Nikola Sarkozi ilə birgə keçirdikləri mətbuat kopnfarnsı zamanı Britaniyanın baş naziri Devid Kameron sabiq prezident Müəmmar Qəzzafinin ələ keçirilib məhkəmə qarşısına çıxarılmasına yardım edəcəyini deyib. Cənab Sarkozi isə Liviyanın demokratiya və əmin-amanlıq şəraitində inkişaf edəcəyinə ümid etdiyini deyib.

Cənab Kameronun ofisindən alınan məlumata görə, Britaniya dondurduğu 950 milyonluq Liviya vəsaitini yeni hökumətə verəcək.

Şimali Afrikada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın da Liviyaya gedəcəyi planlaşdırılır.

XS
SM
MD
LG