Accessibility links

Britaniyanın baş naziri Rusiya ilə biznes müqaviləsi imzalayıb


Britaniyanın baş naziri Rusiya ilə biznes müqaviləsi imzalayıb
Britaniyanın baş naziri Rusiya ilə biznes müqaviləsi imzalayıb

Britaniyanın baş naziri Devid Kameron və Rusiya lideri Dmitri Medvedev Britaniya liderinin Moskvaya səfəri zamanı multi-milyon dollarlıq biznes müqaviləsini imzalamaq üçün siyasi fikir ayrılıqlarını bir kənara qoyublar. Cənab Kameronun Moskvaya səfəri son altı il ərzində Britaniya rəhbərinin bu ölkəyə ilk səfəri idi. Biznes müqaviləsi 340 milyon dollar həcmindədir. Xarici əlaqələr və əməkdaşlıq ofisi məlumat verir ki, müqavilə 500 yeni iş yerinin yaradılmasına və minlərlə başqa iş yerlərinin təmin edilməsinə kömək edəcək. Rusiya daxilində hesablamalara görə 600 Britaniya şirkəti artıq fəaliyyət göstərir. Xarici məsələlər üzrə öfis bildirib ki, Rusiya iqtisadiyyatında artım dörd faizi təşkil edir ki, bu, da bütün başqa Avropa ölkələrinin iqtisadiyyatından yüksəkdir. Ölkələr arasında münasibətlər sabiq Rusiya agenti Aleksandr Litvinenkonun 2005-ci ildə polonium maddəsi ilə zəhərlənməsindən sonra pisləşmişdi.

XS
SM
MD
LG