Accessibility links

Britaniyanın müdafiə naziri istefa verdi


Britaniyanın müdafiə naziri istefa verdi
Britaniyanın müdafiə naziri istefa verdi

Britaniya müdafiə naziri Liam Foks onunla bərabər rəsmi səfərlərə çıxan və özünün müşavir kimi qələmə verən şəxs ətrafında baş qaldıran skandal üzündən istefa verib.

Foks baş nazir Deyvid Kamerondan istefa ərizəsində üzr istəyib. O, şəxsi maraqları hökumət fəaliyyətləri ilə səhvən qarışdırdığını yazıb.

Müdafiə naziri onun Adam Verriti ilə dostluğunu araşdıran hesabatın nəşrindən bir neçə gün əvvəl istefa verib. Verriti Foksun bir vaxtlar mənzil yoldaşı və toyda sağdışı olmuşdur.

XS
SM
MD
LG