Accessibility links

Britaniyanın Pakistana yardımı 100 milyon dollar dəyərində olub


Britaniyanın Pakistana yardımı 100 milyon dollar dəyərində olub

Britaniyanın Pakistana yardımı 100 milyon dollar dəyərində olub

Bu günə kimi Britaniya ictimayyəti daşqın qurbanlarına 47 milyon dollar yardım edib

Britaniya Pakistanda baş verən daşqın qurbanlarına ən çox yardım göstərən ölkələrdəndir. İki həftə ərzində bu ölkənin Pakistana yardımı 100 milyon dollar dəyərində olub ki, bu da beynəlxalq ictimayyətin yardımından iki dəfə çoxdur. Pakistandakı daşqın qurbanlarına ianə Britaniyanın ən böyük poçt çeşidləyən ofisinə dolu kisələrdə gəlir. Bu günə kimi Britaniya ictimayyəti daşqın qurbanlarına 47 milyon dollar yardım edib. Fövqəladə hallar üzrə Komitə fondların toplanmasını koordinasiya edir. Komitənin icraçı direktoru bildirib ki, təşkilatın tarixində ilk dəfə kampaniyanın ikinci həftəsi birinci həftədən daha çox pul toplanıb. İndi biz sel sularının şimaldan aşağı axdığını və hələ də cənuba zərər vurduğunun şahidi oluruq. Hadisəni müşahidə edənlər faciənin həcmindən xəbərdardırlar. 20 milyon insana zərər vuran bu həcmdə faciə görünməyib. Vəsait toplanması kampaniyası geniş korporativ dəstəyə malikdir. Yardımların qaynar-xətt nömrəsi London boyu Britaniya Telekom Qülləsi üzərində görünür. Bu qüllə şəhərdə ən hündür binadır. Müraciətlər milli televiziya şəbəkəsi ilə pulsuz yayımlanır. Lakin BMT bildirir ki, yardıma beynəlxalq münasibət çox ləng gedir. Təşkilat humanitar vəziyyəti ciddi adlandırır. Fəlakət dövründə idman cüzi maraq doğura bilər. Lakin idman bir az yüngüllük gətirir. Daşqına baxmayaraq milyonlarla pakistanlı milli kriket komandasının İngiltərəyə səfərini izləyir. Bir vaxtlar Britaniya İmperiyasının tərkibində olan Pakistan və seçmə beynəlxalq komanda arasında xüsusi sərgi matçı təşkil edilir. Bilet satışından gələn gəlir daşqın qurbanlarına yardıma sərf olunacaq. Hər iki tərəfin azarkeşləri öz fikirlərini bildirirlər. Vokses İngiltərə azarkeşi: Mənə elə gəlir ki, bu fantastik ideyadır. Ümid edirəm ki, bu baş tutacaq. Qərb ölkələri yardıma dair lazımı qədər işlər görürlər. Ona görədə bu ideya əslində əladır. Musad Cafrey pakistanlı azarkeş: Ümid edirəm ki, tələb olunan qədər kömək olunacaq. Ona görə ki, biz terrorla müharibədə müttəfiqik və bu yolda əlimizdən gələni edirik. Vəsait toplanması səyləri davam etdirilir. Yardım agentlikləri isə fəlakətin təhlükəsinin mövcud olması ilə hər bir dollara ehtiyac olacağını deyirlər.

XS
SM
MD
LG