Accessibility links

Britaniyanın yeni lideri yunansayağı böhranın qarşısını almağa çalışır

  • Asgar Asgarov

Cənab Kameron bildirib ki, səhm bazarlarında tənəzzülə yol açan Yunanıstandakı böhran göstərir ki, topladıqları puldan daha çox vəsait xərcləyən hökumətlər ictimaiyyət arasında etimadı itirir

Britaniyanın yeni baş naziri deyir ki, onun ölkəsinin büdcə defisiti güman edildiyindən daha da pisdir və Yunanıstandakı kimi böhranın qarşısını almaq üçün sərt xərcləmə ixtisarları tələb edəcək. Baş Nazir Deyvid Kameron bildirib ki, təkcə iqtisadi artıma qayıdış problemi həll etməyəcək. O, söyləyib ki, büdcə ixtisarları ölkədə hamıya təsir göstərəcək. Cümə günü ABŞ səhm birjalarında iri itkilər bu gün Asiya bazarlarında səhmlərin dəyərlərini itirməsi ilə müşayiət olunub. Neft qiymətləri həmçinnin enmiş və Avropa valyutası son dörd ildə dollarla nisbətdə ən zəif nöqtəsinə düşüb. Cənab Kameron bildirib ki, səhm bazarlarında tənəzzülə yol açan Yunanıstandakı böhran göstərir ki, topladıqları puldan daha çox vəsait xərcləyən hökumətlər ictimaiyyət arasında etimadı itirir.

XS
SM
MD
LG