Accessibility links

Britaniyanın baş naziri Deyvid Kameron Qazaxıstana səfər edib. O, ölkəni zəyarət edən ilk Britaniya lideridir.

Baş nazir ölkənin paytaxtı Astanaya bazar günü çatıb. Onu prezident Nursultan Nazarbayev qarşılayıb.

İnsan haqları qrupları cənab Kameronun səfərini tənqid edib.

Onlar Nazarbayev hökümətini tənqidçiləri həbs etməkdə, medianı məhdudlaşdırmaqda və ifadə azadlığını boğmaqda təqsirləndirir.

Cənab Kameron neft və qazla zəngin Qazaxıstan ilə gəlirli iqtisadi sazişlər
imzalamağı ümid edir. O, həmçinin səfər zamanı insan haqları problemlərini qaldıracağına söz verib.
XS
SM
MD
LG