Accessibility links

Britni Spirs səhnəyə qayıdır.

`The Hold Me Aqainst Me` mahnısının ifaçısı San Fransiskoda yeni `Femme Fatale` adlı albomunun çıxmasından əvvəl pulsuz konsert verib. Müğənninin pərəstişkarlarını özündən çıxaran təkcə onun yeni `Big Fat Bass` mahnısı deyildi. Siz bir Britninin geyiminə baxın! Pop ulduz cazibəli fiqurasını bütün dünyaya göstərmək üçün üç fərqli kostyumda səhnəyə çıxdı. Üstü brilyantlarla bəzədilmiş dəridən qara kostyum və sinəsində qırmızı işıqlar olan kostyum diqqətləri cəlb etdi. Konsertin Britni Spirsin son albomuna həsr edildiyini deyilir. Müğənni bu albomu özünün ən yaxşı albomu adlandırıb. Konsert `Good Morning America` verlişində efirə çıxacaq. Britni Las Veqasın ən böyük səhnəsində də iki konsert verib.



Britni Spirsin`The Hold Me Aqainst Me` klipi

XS
SM
MD
LG