Accessibility links

Britni Spirs In Touch jurnalını məhkəməyə verib.

Müğənni və onun hüquqşünaslarından ibarət komandası sensasion jurnalda Britni haqda süjet dərc edərək, MTV və VMA kanallarında yayımlamaması barədə xəbərdarlıq edib.

TMZ-yə istinadən In Touch Britninin mükafat şousunda özünü qəribə və olduğundan fərqli apardığı barədə məqalə dərc etməyə hazırlaşır. Jurnal hətta onun özü-özü ilə britaniya ləhçəsində danışıb- güldüyünü iddia edir.

Bununla əlaqədar Britnin vəkilləri jurnalın təsissçisinə xəbərdarlıq məktubu göndərib.

Məktubda çox güman ki, hekayənin tamamilə saxta, böhtançı və təhqiramiz olduğu barədə sözlər yazılıb. TMZ yazır ki, Spirs və onun komandası qondarma hekayələrdən cana gəlib.

Əsasən də Spirsin məşhur olmaq üçün çəkdiyi əziyyətlər nəzərə alınsa.

Jurnal hekayəni dərc etsə, Britni jurnalı məhkəməyə verəcək və bu yalanın qarşısını almaq üçün bu məhkəmə proseslərindən biricisi ola bilər.

İndi gözləyək görək In Touch jurnalının cavabı nə olacaq.

XS
SM
MD
LG