Accessibility links

34 yaşlı müğənni Britaniyanın ITV kanalına 30 yaşlarda yaşadığı həyatının 20-lərdə yaşadığından daha maraqlı olduğunu deyib. `20-lərdə yaşadığım həyat çox pis idi. Yeniyetmə yaşlarım bəli, əyləncəli idi. Amma 30 yaşımdakı həyatım daha yaxşıdır.`

Görəsən 20 yaşda Britninin həyatı niyə pis olsun ki? 20 yaşında Britni ən məşhur mahnılarını oxuyub, dünyaya uşaq gətirib və pop ulduzuna çevrilib. Amma sonra müğənninin yaşadığı uğursuzluqlar da olub.

Britninin Kevin Federlaynla evliliyi uğursuz olub. Və 25 yaşında müalicə edilməli olub.

Amma People jurnalına istinadən Britni 30 yaşında özünü tanıdığını yazıb.

Veqasda yaşamaqla yanaşı Britni tənha həyatına zaman ayırmağa vaxt tapıb və yaxşı ana olmağa çalışıb.

İndi ki, Veqasda onun həyatı xoş keçir. Ümid edirik ki, 40 yaşlarında onun həyatı daha da yaxşılaşacaq.

XS
SM
MD
LG