Accessibility links

Broadway Bound qrupu Bakıda çıxış edəcək


Amerika Günləri çərçivəsində ABŞ-ın Azərbaycandakı səfirliyi Amerikanın Broadway musiqi klassiklərinin ən gözəl əsərlərini təmsil etmək üçün Vaşinqtonda yerləşən yaradıcı qrup, E şirkətini qəbul edəcək. Broadway Bound-un çıxışları Amerika Günləri Festivalının bir hissəsi olaraq 14 və 15 may tarixlərində Dövlət Musiqili Teatrında keçiriləcək. Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Pol Qordon Emerson və Amikaeyla Gastonun rəhbərliyi altında BROADWAY BOUND Böyük Ağ Yolun musiqi və rəqslərinin keçirilməsidir. Dövlət Musiqili Teatrının 60 nəfər azərbaycanlı ifaçısı, rəqqas və musiqiçiləri ilə əməkdaşlıq edərək, BROADWAY BOUND Broadway səhnəsinin ən möhtəşəm əsərlərindən ibarət olan Broadvey musiqisinin ruhu və hisslərini əhatə edir. "Cazibə qüvvəsini geridə qoyaraq", "Sərin" Qərb Tərəfi Hekayəsindən, A Xorundan "Bir"-dən Rentdən olan "Sevginin Mövsümləri"-dək əsərlər ilə E Şirkəti və onun Azərbaycanlı həmkarları Amerika ilə unikal, sehrli qarşılaşmanı Musiqili Teatrın səhnəsinə gətirirlər.

"Səfirlik üçün, bu Amerikaya məxsus olan xüsusiyyətləri Azərbaycanlı incəsənət xadimlərinin özlərinin tam və hərtərəfli iştirakı ilə Azərbaycanda olan dostlarımız ilə paylaşmaq üçün axtardığımız təcrübədir. E Şirkəti və Azərbaycanlı incəsənət xadimləri ilə əməkdaşlıq bu işi məxsusi edən keyfiyyətdir", deyə ABŞ-ın Bakıdakı Səfirliyinin Mədəniyyət İşləri üzrə müşaviri Ami Peterson bildirib.

Amerika Günləri mayın 14-dən 21-dək keçirilir.

Amerika Günlərinin məqsədi Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirməkdir.

Festival çərçıvəsində canlı musiqi ifaları, Amerika mətbəxi nümunələrinin nümayişi, incəsənət sərgiləri, qrup rəqsləri, film nümayişləri, uşaqlar üçün proqramlar və digər maraqlı tədbirlər nəzərdə tutulub. Bütün tədbirlər ictimaiyyət üçün açıqdır və giriş pulsuzdur.

XS
SM
MD
LG