Accessibility links

Bruklinin bayram təmtərağı [Video]


Nyu-York bayram mövsümü ən gözəl dekorasiyalarla bəzədilib. Hər il 100 mindən çox insan işıq dekorasiyalarına tamaşa etmək üçün Manhettandan bir neçə dəqidəlik məsafədə yerləşən Bruklində İtaliya mənşəli amerikalıların yaşadığı məhəlləyə gəlir.

Bruklinin adətən sakit Dayker Hayts məhəlləsində çilçıraqlar yanır, elektrik hesabları da artır. Soruşa bilərsiniz ki, bu neçə olur? Bəzi evlərdə elektrikə görə ödəniş ayda 3-4 min dollara çatır.

Buraya Nyu-Yorkun ən gözəl məhəlləsi deyirlər. Bu bayram mövsümündə, məhəllənin tamamilə simasını dəyişir. Milad bayramı ildən ilə daha təntələli keçirilir. İşıqlarla bəzədilmiş 14 nəfərlik limuzin isə hamının diqqətini çəkir.

Lüsi Spatanın evində dekorasiya ənənəsi 1980-ci illərdən başlayıb davam edir. Hazırda isə burada 20 mindən çox işıq var.

Süzan Leçonun evi isə həmişə olduğu kimi bəzədilib. O da Bruklini sevənlərdəndir. “Əgər ləhcən yoxdursa, İngiltərədən deyilsən” deyə Süzan zarafat edir.

O, Dayker işıqlarının əvvəlllər başqa cür olduğunu deyir. “O vaxtlar daha soyuq idi və yalnız 3 işıq var idi. Fərq ondadır ki, indi 130 min işıq var,”

Qarşıda isə Lüsi ilə rəqabət apara biləcək Polizottosların evidir. Evin qarşısında taxtadan düzəldilmiş əsgərlərdən tutmuş, müxtəlif oyuncaqlar və nəhəng Santa Klaus durur. “Milad bayramında televiziya ilə çox gözəl film nümayiş etdirilirdi, “Uşaqlar Oyncaq Aləmində”. Bura da həmin oyuncaq aləminə bənzəyir.” deyə, bələdçi Mark Sov bildirir.

Oyuncaqları isə hamı sevir.

XS
SM
MD
LG