Accessibility links

USAİD-in Azərbaycanda yeni direktoru


(USAID) Azərbaycan üzrə missiyasının direktoru Bruk Ayşam

(USAID) Azərbaycan üzrə missiyasının direktoru Bruk Ayşam

Bruk Ayşam USAID-in ölkədə həyata keçirdiyi proqramlar və göstərdiyi yardıma rəhbərlik edəcək

Xanım Bruk Ayşam (Brooke Isham) ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının yeni direktoru qismində öz vəzifəsinin icra etməyə başlayıb. Bu barədə USAİD-in Azərbaycandakı nümayəndəliyi məlumat yayıb.

O Azərbaycan üzrə missiya direktoru kimi USAID-in ölkədə həyata keçirdiyi proqramlar və göstərdiyi yardıma rəhbərlik edəcək. Bu proqramlar Azərbaycanda həyata keçirilən islahatlara dəstək olaraq rəqabəti və cəmiyyətdə plüralizmi təşviq edir və bazar iqtisadiyyatına əsaslanan davamlı demokratiyanın əsaslarını qoyur.

Bu vəzifəyə təyin olunmazdan əvvəl doktor Ayşam Əfqanıstanda missiya direktorunun müavini vəzifəsində çalışıb. Həmin vəzifədə onun səlahiyyətlərinə USAID-in iqtisadi inkişaf və infrastruktur layihələrinə, habelə Şimalı və Qərbi Əfqanıstanda USAID-in əməliyyatlarına nəzarət daxil idi. Həmçinin o, Mali, Mərkəzi Asiya, Rusiya, İordaniya və Sudanda işləyib.

Doktor Ayşam 1992-ci ildə Stenford Universitetində (Stanford University) xammal iqtisadiyyatı üzrə doktor (Ph.D.) dərəcəsini alıb. Həmçinin o, Stenford Universitetində iqtisadiyyat üzrə bakalavr dərəcəsini və tətbiqi iqtisadiyyat üzrə magistr dərəcəsini alıb.
XS
SM
MD
LG