Accessibility links

Təxminən 7 min nümayişçi bazar günü Brüsselin mərkəzində ekstremizm əleyhinə yürüş keçirib. Brüssel sakinləri hələ də ötən ay 32 nəfərin ölümünə səbəb olan terror hücumunun sarsıntılı təsiri altındadır.

Nümayişçilər arasında əllərində “Mənim dinim və inamım Məhəbbətdir” şüarlar yazılmış lövhələr tutan bir qrup müsəlman da daxil olmaqla, bir çox fərqli dinlərə mənsub insanlar olub.

Yürüş müsəlmanların çoxluq təşkil etdiyi və ekstremizmə qarşı təhqiqatların aparıldığı Brüsselin Molenbik məhəlləsindən başlayıb.

Ötən ay Brüssel hava limanında və metroda intiharçı hücumları 32 nəfərin ölümünə səbəb olub.

Hələlik polis altı şübhəli şəxsi həbs edib. Brüssel hadisələrinin noyabr ayında Parisdə törədilmiş terror hücumu ilə əlaqəsi olduğu deyilir.

XS
SM
MD
LG