Accessibility links

Azərbaycan XİN: Terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəkləyirik


Azərbaycan Xarici İşlər Nazirliyi İrana etiraz notası verib

Azərbaycan Xarici İşlər Nazirliyi İrana etiraz notası verib

Azərbaycan Xarici İşlər Nazirliyi Brüsseldə baş verən terror aktı ilə bağlı bəyanatla çıxış edib. Sənəddə deyilir:

Azərbaycan Xarici İşlər Nazirliyi Brüssel şəhərində törədilmiş və çoxsaylı insan tələfatı və yaralanma hallarına səbəb olmuş dəhşətli terror aktlarını qəti şəkildə qınayır. Bu terror aktları nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir, xəsarət alanların tezliklə şəfa tapmasını diləyirik.

Terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan Respublikası həmişə beynəlxalq birliyin terrorizmə qarşı səylərinə öz töhfəsini verib və tərəfdaşlarla birlikdə terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizəni dəstəkləməkdə davam edəcəkdir.

XS
SM
MD
LG