Accessibility links

ABŞ-ın Azərbaycandakı yeni səfiri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını prioritet məsələ hesab edir


ABŞ-ın Azərbaycandakı yeni səfiri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını prioritet məsələ hesab edir
ABŞ-ın Azərbaycandakı yeni səfiri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını prioritet məsələ hesab edir

Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasında səfir Metyu Brayza ilə görüş keçirilib

Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasında Birləşmiş Ştatların Azərbaycandakı yeni səfiri Metyu Brayzanın şərəfinə ziyafət verilib. Tədbirdə Ticarət Palatasının əməkdaşları, səfir Brayza və onun ailə üzvləri, habelə Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin işçiləri iştirak edib.

ABŞ-Azərbaycan Ticarət Palatasının açıqladığı pres-relizdə deyilir ki, cənab Brayza Bakıya getməsini səbirsizliklə gözlədiyini bildirib. O deyib ki, Dağlıq Qarabağ münaqişəsinin dinc və ədalətli həlli yollarının axtarılması səfir kimi onun qarşısında duran prioritet məsələ olacaq. Diplomat iki ölkə arasında münasibətlərin inkişafı məsələsini diqqət mərkəzində saxlayacağını bildirib. Səfir Brayza əlavə edib ki, Azərbaycanda əməkdaşlıq üçün neft və qaz sektorundan kənarda da geniş imkanlar və perspektivlər mövcuddur.

ABŞ prezidenti Barak Obama Konqres tətildə olan zaman ona konstitusiya ilə verilmiş səlahiyyətlərdən istifadə edərək, dekabrın 29-da Metyu Brayzanı Birləşmiş Ştatların Azərbaycanda səfiri vəzifəsinə təyin edib. Keçən həftə cənab Brayzanın səfir kimi Dövlət Departamentində keçirilən andiçmə mərasimində ABŞ Dövlət katibi Hillari Klinton da iştirak edib.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

XS
SM
MD
LG