Accessibility links

Bu gün 2018 Qış Olimpiyadasının ev sahibi bəlli olacaq


Bu gün 2018 Qış Olimpiyadasının ev sahibi bəlli olacaq
Bu gün 2018 Qış Olimpiyadasının ev sahibi bəlli olacaq

2018-ci il Qış Olimpiya Oyunlarının keçiriləcəyi yer uğrunda bu gün son mübarizə olacaq. Olimpiyadanı keçirmək uğrunda son mərhələyə Cənub Koreya ilə yanaşı, Avropanın iki ölkəsi daxil olub.

Bu gün Cənubi Afrika Respublikasının Durban şəhərində keçiriləcək mərasimdə hansı ölkənin 2018-ci il Qış Olimpiya Oyunlarına ev sahibliyi edəcəyi bəlli olacaq. Mərasim öncəsi Cənubi Koreyanın Pyençan şəhəri daha iddialı görünür. Müşahidəçilər Almaniyanın Münih şəhərinin də şanslarının böyük olduğunu bildirir. Mübarizə aparan üçün ölkə isə Fransadır. Annesi şəhərinin şansları o qədər də yüksək qiymətləndirilmir.

Son təbliğat kampaniyalarını aparmaq üçün hər üç ölkəni siyasi və idman şəxsləri Durbandadır. Mərasimdə Cənub Koreyanı prezident Li Myunq-Bak və fiqurlu konkisürmə üzrə dünya çempionu Kim Yu-na təmsil edir. Almaniya prezidenti Kristian Vald isə Münih heyətinə başçılıq edir. Durban şəhərində Annesi şəhərinin rəsmi təmsilçisi isə Fransa baş naziri Francois Fillondur.

XS
SM
MD
LG