Accessibility links

Bu gün 10 ştatda seçicilər noyabrda Demokrat prezident Barak Obama ilə prezident seçkilərində üzləşəcək Respublikaçı namizədi müəyyən edirlər. O üzdən siyasi terminologiyada bü gün "Super Çərşənbə Axşamı" adlanır.

Super Çərşənbə Axşamı günü respublikaçıların qurultayına yollanacaq 419 nümayəndə seçilir ki, bunların sayı indiyədək müəyyən edilən nümayəndələrin sayına bərabərdir. Namizəd nominasiyanı təmin etmək üçün 1144 nümayəndə toplamalıdır.

İndiyədək beş ştatda qalib gəlmiş öncül Mitt Romni bu günkü yarışda labüd namizəd kimi statusunu möhkəmləndirməyə ümid bəsləyir:

"Mənə sizin səsiniz lazımdır. Çıxın, nə qədər bacarırsız səs verin. Xeyr, o mənada yox - dostlarınızı və başqalarını özünüzlə səsverməyə gətirin."

Romninin başlıca rəqibi Rik Santorum fevralın əvvəllərində üç ştatda qazandığı qələbələr üzərində momentum qurmaq əzmindədir. Dünən Santorum və Romni həlledici ştat hesab edilən Ohayoda seçicilərin dəstəyi uğrunda mübarizə aparıblar.

“Ohayo camaatı, siz bilirsiz ki, Super Çərşənbə Axşamının böyük prizi Ohayodur. Hansı səsvermə olursa olsun, Ohayo həmişə ən böyük prizdir, deyilmi?” deyə Santorum bəyan edib.

Namizədlik uğrunda mübarizə aparan başqa iddialıların Texas konqresmeni Ron Pol və Nümayəndələr Palatasının sabiq spikeri Nyut Gingriçdir.

XS
SM
MD
LG