Accessibility links

Bu gün Martin Lüter Kingin abidəsinin açılış mərasimi keçirilib

  • Amerikanın səsi

Bu gün Martin Lüter Kingin abidəsinin açılış mərasimi keçirilib

Bu gün Martin Lüter Kingin abidəsinin açılış mərasimi keçirilib

Bu gün Amerikanın insan hüquqları müdafiəçisi Martin Lüter Kingin abidəsinin açılış mərasimi keçirilib. ABŞ prezidenti Barak Obama Kinqin ailə üzvləri, İnsan hüquqları müdafiəçiələri və Amerikada bərabər hququlqar uğrunda mübarizə aparanlar qarşısında nitq söyləyib. Amerikanın ilk qaradərili prezidenti deyib ki, King bizim vicdanımızı dəyişib, irqi bərabərlik uğrunda mübarizəsi ilə mükəmməl bir birlik yaradıb. Barak Obama monumentin vətəndaş hüquqları uğrunda hərəkatın kollektiv nailiyyət təcəssümü olduğunu bildirib.

Abidənin açılış məradimində 50 min insan iştirak edib.

Dünən ABŞ paytaxtında Kinqin xatirəsi anılmaqla yanaşı, minlərlə insanın iştirakı ilə iş yerlərinin açılması və iqtisadi dirçəliş tələbi ilə yürüş keçirmişdi.

120 milyon dəyəri olan abidə və memorial parkı avqust ayının 28-də Martin Lüter Kinqin “Bir arzum var” adlı nitqinin 48-ci ildönümü açılmalı idi. Nobel sülh mükafatı laureatının 9 mertlik abidəsi üzərində onun məşhur kəlamları həkk edilib. Martin Lüter King 1968-ci ilin aprel ayının 4-də sui-qəsdin qurbanı olmuşdu.

XS
SM
MD
LG