Accessibility links

Bağdad yaxınlığında irimiqyaslı bomba hücumu həyata keçirilib (Yenilənib)

  • Amerikanın səsi

Bağdad yaxınlığında irimiqyaslı bomba hücumu həyata keçirilib (Yenilənib)

Bağdad yaxınlığında irimiqyaslı bomba hücumu həyata keçirilib (Yenilənib)

İraq rəsmilərinin bildirdiyinə görə, bu gün səhər Bağdad yaxınlığındakı Taci şəhərinin Əl-Hout həbsxanası yanında maşına yerləşdirilmiş bombanın partlaması 19 nəfərin ölümünə, azı 22 nəfərin yaralanmasına səbəb olub. Rəsmilər ölənlərdən 10 nəfərin təhlükəsizlik və mülki işçi olduğunu deyir.

Bugünkü partlayış keçən həftədən bəri həyata keçirilən hücumlardan ən irimiqyaslısı olub.

Keçən həftənin şənbə günü Bağdad yaxınlığında atəş və bomba partlayışları nəticəsində 15 nəfər, cümə axşamı isə Bəsra şəhərində 19 nəfər ölmüşdü.

XS
SM
MD
LG