Accessibility links

Bu gün Çində daş kömür mədənində partlayış baş verib


Bu gün Çində daş kömür mədənində partlayış baş verib

Bu gün Çində daş kömür mədənində partlayış baş verib

Partlayış nəticəsində 21 nəfər həlak olub və 16 nəfər yerin altında qalıb

Çin rəsmiləri bildirib ki, bu gün daş kömür mədənində baş verən partlayış nəticəsində 21 nəfər həlak olub və 16 nəfər yerin altında qalıb. Dövlət iş təhlükəsizliyi üzrə agentlik mərkəzi Henan vilayətindəki şaxtanın bu gün partlayış nəticəsində uçduğunu bildirib. Şaxta Yuzo şəhərində mərkəzləşmiş Pingyu Coal and Electric şirkətinə məxsusdur. Rəsmilər xilasetmə qrupunun yerin altında qalan şaxtaçılara yol tapmağa çalışdığını bildirib. Lakin onların sağ olub-olmamaqları hələ məlum deyil. Dövlət televiziyası məlumat verib ki, mədəndə qaz səviyyəsinin həddən artıq olması və partlayış nəticəsində kömür qırıntılarının mədənin keçidinə dağılması xilasetmə səylərinə maneələr törədır. Ötən il Çində şaxtalarda baş verən qəzalarda 2600 nəfərdən çox insan həlak olub.

XS
SM
MD
LG