Bu gün Beynəlxalq Zəhmətkeşlər Günü münasibətilə dünya ölkələrində on milərlə insan əmək huquqlarının yaxılaşdırılması çağırışı ilə yürüşlər keçirib. Tailand, Banqladeş və İndoneziyanın böyük şəhərlərində 1 May gününü qeyd etmək üçün minlərlə insan həmkarlar ittifaqlarının təşkil etdiyi nümayişlərdə iştirak edib. Fransa xəbər agentliyi qitədə ən böyük yürüşlərin Cakartada keçirildiyini bildirib.
Rusiyanın yeni seçilmiş prezidenti Valdimir Putin və hazırkı prezident Dmitri Medvedev Moskvada keçirilən izdihamlı yürüşə qatılıb. Yunanıstanın paytaxtı Afinada minlərlə insanın ölkədə ixtisar ölçülərinə qarşı etiraz aksiyaları keçirəcəkləri gözlənilir.
Birləşmiş Ştatlarda "Uoll Stritin Zəbti" hərəkatının üzvləri Nyu-York şəhərinin böyük körpülərini və Wall Street-in bəzi maliyyə təsisatlarını bağlamağı planlaşdırırlar.