Accessibility links

Bu gün Əfqanıstanda ABŞ vertolyotu qəzaya uğrayıb


ABŞ rəsmiləri bu gün Əfqanıstanın cənub-qərbində qəzaya uğrayan Amerika vertolyotunda həlak olan dörd nəfərin amerikalı olduğunu ehtimal edir. Hərbçilər vertolyotun kəskin hava şəraitində qəzaya uğradığını deyib. Vertolyotun Talibanın istinadgahı hesab edilən Helmand vilayətində qəzaya uğradığı bildirilir. NATO koalisiyasının sözcüsü Ceyms Villiams Amerikanın Səsinə bildirib ki, vertolyotun düşmən tərəfindən vurulduğu fərziyəsi inandırıcı deyil. O, əlavə edərək bildirib ki, qəza araşdırılır.

Bu arada əfqan prezidenti Həmid Karzai ABŞ əsgərlərinin yaraqlıların cəsədlərilə istehza etdikləri əks etdirilmiş şəkillərə ikrah hissilə yanaşdığını bildirib. 2010-cu ildə çəkilmiş bu şəkillərdə ABŞ əsgərləri özlərini partladaraq öldürmüş intiharçı yaraqlıların cəsədlərilə istehza məqsədilə şəkil çəkdirmişlər.

XS
SM
MD
LG