Accessibility links

Əfqanıstan, İran və Pakistan liderləri Talibanla təmas qurur

  • Amerikanın səsi

Əfqanıstan, İran və Pakistan liderləri Talibanla təmas qurur

Əfqanıstan, İran və Pakistan liderləri Talibanla təmas qurur

Bu gün Əfqanıstan və İran liderləri Talibanla sülhə əldə etmək barədə müzakirələr aparmaq üçün Pakistana gəliblər. Əfqanıstan prezidenti Həmid Karzayın Pakistan prezidenti Asif Əli Zərdari və baş nazir Yusif Raza Gilani ilə görüşəcəyi gözlənilir. Görüş əsnasında münasibətlərin genişləndirilməsi, iqtisadi əlaqələr və terrorizm əleyhinə əməkdaşlıq məsələləri müzakirə olunacaq. Həmid Karzay habelə Taliban qrupunun mənəvi atası sayılan Mövlanə Sami ul-Haqla da görüşəcəyi gözlənilir. Üçtərəfli görüş ABŞ və əfqan rəsmilərinin yaraqlı qrupla sülh danışıqlarına hazırlaşması ilə eyni vaxta təsadüf edir. Pakistan Talibanla tarixi əlaqələrə malik olduğundan sülh prosesində əsas fiqur hesab olunur. Əfqanıstanda fəaliyyət göstərən bir çox militant qrupların liderlərinin məhz orada qərargahlandığı ehtimal olunur.

XS
SM
MD
LG