Accessibility links

Azərbaycanda Əhməd Cavadın 120 illiyi qeyd edilir (Audio)


Əhməd Cavad
Əhməd Cavad

Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına ədəbiyyat institutunun icraçı direktoru Teymur Kərimli Əhməd Cavad irsindən, Azərbaycan müstəqilliyində rolundan danışır.

Əhməd Cavadın həyatından qısa məlumat verən Teymur Kərimli onun Azərbaycanın istiqlal şairi, Milli ideyaların carçılarından biri olduğunu və bunma görə də Sovet dövründə onun yaradıcılığına önəm verilmədiyini deyir. Teymur Kərimli kommunist ideologiyasının Azərbaycanın dövlət müstəqilliyinə, milli müstəqilliyinə xidmət edən Əhməd Cavad yaradıcılığına qarşı olduğunu bildirir.

Teymur Kərimli Əhməd Cavadın təkcə şerlərinə görə deyil, tərcümələrinə görə də Azərbaycan ədəbiyyatında böyük yeri olduğunu deyir.

XS
SM
MD
LG