Accessibility links

Yaponiyanın şimalında iki güclü zəlzələ baş verib

  • Amerikanın səsi

Yaponiyanın şimalında iki güclü zəlzələ baş verib

Yaponiyanın şimalında iki güclü zəlzələ baş verib

Yaponiyanın şimalında bu gün iki güclü zəlzələ baş verib. Lakin hadisədən sonra nə dağıntılar nə də sunami barədə xəbərdarlıq verilməyib.

Yaponiyanın Meteorologiya bürosu episentri dənizin dibində olan 6.1 bal gücündə zəlzələnin bu gün axşam saatlarında Tokiodan 750 kilometr şimal-şərqdə Hokkaydo adasında baş verdiyini deyib.

Bundan əvvəl episentri dənizin dibində olan 6 bal gücündə başqa bir zəlzələ səhər Tokiodan 244 kilometr şimal-şərqdə baş verib.

Yaponiyanın televiziya kanalı NHK ikinci zəlzələdən sonra bir neçə min evin işıqsız qaldığı haqda məlumat verib.

Mart ayında baş vermiş təbii fəlakət zamanı zədələnmiş Fukuşima nüvə elektsik stansiyasına bu dəfə zəlzələ zamanı zərər dəyməyib.

XS
SM
MD
LG