Accessibility links

Koreyalar arasında artileriya atışması baş verib

  • Amerikanın səsi

Koreyalar arasında artileriya atışması baş verib

Koreyalar arasında artileriya atışması baş verib

Cənubi Koreya rəsmiləri bu gün Sarı Dəniz sərhədində Şimalla Cənubi Koreya arasında artileriya atışması baş veriiyini deyib. Müdafiə nazirinin sözlərinə görə atılan bütün raketlər dənizə düşüb və heç kim xəsarət almayıb. Atışma noyabr ayında Şimali Koreya artileriyasının hücumu zamanı dörd cənubi koreyalının həlak olduğu Yeonpyeonq adası yaxınlığında baş verib. Sözcü Cənubi Koreya qüvvələrinin Şimali Koreya tərəfdən, təxminən 11 kilometr şimaldan bir neçə dəfə atəş səsləri eşitdiklərini bildirib. Sonra qoşunlar bir raketin Yeonpyeonq yaxınlığında suya düşdüyünü görublər. Xəbərdarlıqdan 35 dəqiqə sonra cənub qüvvələri hovitzerlərdən şimal istiqamətində suya üç mərmi atıblar.

XS
SM
MD
LG