Accessibility links

Bu gün Amerikada Martin Luter Kinqin xatirəsi yad edilir


Bu gün Amerikada Martin Luter Kinqin xatirəsi yad edilir

Bu gün Amerikada Martin Luter Kinqin xatirəsi yad edilir

Atlantada Kinq mərkəzində ictimai proqramlardan ibarət xatirə həftəsi keçirilir

ABŞ prezidenti Barak Obama ölkədə milli bayram kimi qeyd edilən Martin Luter Kinq günü Afrika mənşəli amerikalıların hüquqları uğrunda bu mübarizin xatirəsinə ehtiramını bildirib. Cənab Obama və onun xanımı Mişel Obama bu gün Vaşınqtonda keçirilən xüsusi mərasimdə iştirak edib. Prezidentin kabinetinin üzvləri də ölkənin müxtəlif yerlərində keçirilən xatirə mərasimlərində iştirak edir və ictimai işlə məşğul olur. Atlantada Kinq mərkəzində ictimai proqramlardan ibarət xatirə həftəsi keçirilir.

Martin Luter Kinq 1950 və 60-cı illərdə Afrika mənşəli amerikalılara münasibətdə ictimai ədalətsizliyin mövcud olduğu Birləşmiş Ştatların cənubunda ayrıseçkilik və irqçiliklə mübarizə aparan baptist keşiş idi. Onun mübarizəsinin nəticəsi olaraq 1964-cü ildə qara dərililərin təcrid edilməsi Vətəndaş Hüquqlarına dair qanunla qeyri-qanuni oldu. Qeyri-zorakı mübarizə tərəfdarı olan Kinq həmin il Nobel Sülh mükafatına layiq görüldü.

Kinq 1968-ci il, aprel ayının 4-ü Tennesi ştatının Memfis şəhərində qətlə yetirilmişdir. Onun 39 yaşı var idi.

XS
SM
MD
LG