Accessibility links

Çarls Dikkensin 200 yaşı tamam olur


Çarls Dikkensin 200 yaşı tamam olur
Çarls Dikkensin 200 yaşı tamam olur

Əsərlərinin 19-cu əsrdəki İngiltərənin sərt reallığını əks etdirməsinə baxmayaraq, Çarls Dikkens bu gün də sevilir

Fevral ayının 7-i məşhur yazıçı Çarls Dikkensin 200 yaşı tamam olur. Əsərlərinin 19-cu əsrdəki İngiltərənin sərt reallığını əks etdirməsinə baxmayaraq, Çarls Dikkens bu gün də sevilir.

Londondan təxminən 100 km məsafədəki Portsmut şəhəri. Bu şəhər vaxtilə Britaniya Hərbi Dəniz Qüvvələrinin əsas qərargahı olmaqla yadda qalıb. Turistlər buraya tarixi limana tamaşa etmək üçün gəlirlər. Tarixi keçmişinin zəngin olmasına baxmayaraq, hal-hazırda bu şəhər kasıb şəhərlərdən biridir. Bu şəhərin sakinlərinin çoxu hökumətdən yardım alır. Hərbi-Dəniz Donanması buradakı limandan əvvəllər olduğu kimi istifadə etmir. Cəmi 1500 nəfərdən ibarət sakini olan bu şəhər boşalma təhlükəsi qarşısındadır.

Lakin Portsmut şəhərinin yaşamasına bir səbəb var, məşhur yazıçı Çarls Dikkens 2812-ci ilin fevral ayının 7-də bu şəhərdə anadan olub. Portsmut özünün məşhur oğlu ilə yadda qalacaq. Şəhər kitabxanasında xüsusi sərgiyə son hazırlıqlar gedir. Əsas eksponat Dikensin üçüncü romanı plan Nikolas Niklbinin orijinal manuskriptidir.

Şəhər şurasının üzvü Li Hant: “Milyonlarla adam şəhərimizə gəlib burada pul xərcləyəcək. Ümid edirik onlar bu səfərlə uşaqlarda Dikensin yaradıcılığına maraq oyadacaq və həmin uşaqlar nə vaxtsa Çarlz Dikensi oxuyacaqlar.”

Bu şəhərdə turistlər Çarls Dikkensin həyatı və əsərləri barədə məlumat alırlar. Kristofer Vest turistlərə Çarls Dikkensin yaşadığı məhəlləni, Çarls Dikkensin atasının borclarını qaytara bilmədyi üçün həbs edilərək saxlandığı həbsxananı göstərir. Kristofer Vest Dikkensin tələ də tamaşaçıların diqqət mərkəzində olduğunu deyir. Bu şəhər indiyədək insanları özünə cəlb etdiyi kimi 200 il bundan sonra da cəlb edəcək.

XS
SM
MD
LG