Accessibility links

Bu gün Mississippi çayının sədləri açılmalıdır


Bu gün Mississippi çayının sədləri açılmalıdır
Bu gün Mississippi çayının sədləri açılmalıdır

Amerikanın ordu mühəndisləri bu gün Mississippi çayının sədlərini açmalıdır. Belə ki, çoxsaylı əhalisi olan Baton Ruj və Yeni Orleans şəhərləri təhlükə altındadır. Luiziana ştatında su sədləinin açılması ilə minlərlə hektarlıq ərazi su altında qalacaq. Burada 25 min insan və 11 min bina daşğınlara məruz qala bilər. Morqanza səddi bundan əvvəl bir dəfə 1973-cü ildə açılmışdı. Qarın əriməsi və şiddətli yaşılar bölgə sakinlərinin evakuasiya edilməsinə məcbur edib. Ştatın ən böyük şəhəri Memfisdə çayın səviyyəsi 14.6 metr yüksəlib. Yeni Orleansda sellərin gücü o qədər yüksəkdir ki, 85 min yerli stadionun suya qərq olması 50 saniyə tələb edə bilər. ABŞ prezidenti Barak Obama bazar ertəsi günü fəlakət zonasına səfər edəcək.

XS
SM
MD
LG