Accessibility links

Bu gün Əndican hadisələrinin 6-cı ildönümüdür


Bu gün Əndican hadisələrinin 6-cı ildönümüdür

Bu gün Əndican hadisələrinin 6-cı ildönümüdür

Bu gün Əndican hadisələrinin 6-cı ildönümüdür. Hökumətin 200, müstəqil mənbələrin dediyinə örə 500 insanın ölümü ilə nəticələnən hadisədən illər keçir, unudulur. Lakin hökumət qüvvələrinin dinc əhaliyə qarşı hücumlarının ört-basdır cəhdləri İslam Kərimovun hakimiyyətinə damğasını vurub.

2005-ci ilin may ayının 13-ü baş verənlərə görə Özbəkistan hökuməti Avropa İttifaqının sanksiyaları, Amerika ilə münasibətlərdə soyuqlaşma ilə üzləşdi. Bu gün Qərblə Özbəkistan münasibətlərinin yaxşılaşmasına baxmayaraq, Avropa İttifaqı, ABŞ və İslam Kərimovun mövqelərində fərq böyükdür. Xüsusilə hüquq və demokratiya baxımından. Beynəlxalq təşkilatlar Özbəkistanda ictimai-siyasi durumu “pis” deyə dəyərləndirir. “Human Rights Watch” insan hüquqları müdafiəsi təşkilatının region üzrə vəkili Reyçel Denberin fikrincə, Özbəkistan hökuməti Əndican qətliamına və bu gün də davam edən repressiyalara görə cavab verməldir. “Avropa İttifaqı və Birləşmiş Ştatlar buna göz yuma bilməz. 2005-ci ilin may ayının 13-də minlərlə insanın keçirdiyi dinc nümayiş xəbərdarlıq verilmədən ordu tərəfindən dağıdıldı”.

Özbəkistan prezidenti İslam Kərimov Əndican hadisələrini ərəb dünyasında baş verənlərlə müqayisə edərək, iştişaşlara xarici qüvvələrin yol açdığını deyib. “Human Rights Watch”-un region üzrə vəkili Reyçel Denber prezidentin sözlərinin həqiqətə uyğun olmadığını bildirib. O, Tunis və Misir hərəkatlarının arxasında xalqın durduğunu vurğulayıb.

Reyçel Denberin dediyinə görə, Özbəkistanla Yaxın Şərqin bir oxşarlığı var ki, o da hakimiyyətdə avtoritar güclərin olmasıdır. “Korrupsiya, işsizlik, yoxsulluqdan bezən xalqlar qalxaraq, haqqlarını tələb edir”-deyə o bildirib.

Human Rights Watch-ın hadisə barədə rus və ingilis dillərində məlumatlarını aşağıdakı linklərdə tapa bilərsiniz (http://www.hrw.org/en/news/2011/05/11/uzbekistan-6-years-no-justice-andijan-victims)(http://www.hrw.org/ru/news/2011/05/12-3)

XS
SM
MD
LG