Accessibility links

Bu gün İordaniyanın paytaxtında islahat tələbləri ilə yüzlərlə adam nümayiş keçirib


Bu gün İordaniyanın paytaxtında islahat tələbləri ilə yüzlərlə adam nümayiş keçirib
Bu gün İordaniyanın paytaxtında islahat tələbləri ilə yüzlərlə adam nümayiş keçirib

Bəziləri yeni baş nazir Maruf Əl Bakitin istefasına çağırsalar da, müxalifətdəki Müsəlman Qardaşlığının liderləri ona islahatları həyata keçirmək üçün fürsət verəcəklərini bildirib.

Bu gün İordaniya paytaxtında yüzlərlə adam, yeni təyin edilmiş baş nazirin vəd edilən islahatları həyata keçirməsi tələbi ilə nümayiş keçirib. Əmmandakı nümayiş ölkənin müxalifətdəki ən güclü islamçı partiyasının liderinin Kral Abdullah ilə görüşüb, müxalifətin tələblərini müzakirə etməsindən sonraya təsadüf edir.

Bəziləri yeni baş nazir Maruf Əl Bakitin istefasına çağırsalar da, müxalifətdəki Müsəlman Qardaşlığının liderləri ona islahatları həyata keçirmək üçün fürsət verəcəklərini bildirib.

Kral Abdulla Tunis və Misirdəki hökumət əleyhinə nümayişlərdən ilham alaraq İordaniyada həftələrdən bəri davam edən etiraz nümayişlərindən sonra bu həftənin əvvəlində hökuməti buraxmışdı.

Kral Abdulla Müsəlman Qardaşlığı ilə görüşündən sonra ölkədə islahatların tempinin aşağı olduğunu etiraf etmiş və qərar qəbuletmə mexanizmində vətəndaşların rolunu artıra bilmək üçün bütün partiyaların bir yerdə işləməsinin zəruri olduğunu bildirmişdi

İordaniyada Müsəlman Qardaşlığının əsas tələblərindən biri konstitutsiyada dəyişiklik edilərək baş nazirin təyin olunmasında parlamentə daha çox səlahiyyət verilməsidir. Hazırda bu səlahiyyət tam olaraq kralın ixtiyarındadır.

XS
SM
MD
LG