Accessibility links

Bu gün Oskar mükafatları təqdim olunacaq


Bu gün Oskar mükafatları təqdim olunacaq
Bu gün Oskar mükafatları təqdim olunacaq

Film, İncəsənət və Elm üzrə Amerika Akademiyası bu gün Kaliforniyanın Hollivud şəhərində illik Oskar mükafatları mərasimi keçirəcək. Mərasimdə ötən ilin ən yaxşı filmləri, aktyorları, rejissorları və prodüserləri mükafatlandırılacaqlar.

Ən yaxşı film kateqoriyasında dorruz film nominasiya edilib. Qeyri adi ağ-qara Artist filminin yüksək prizi qazanacağı gözlənilir. Bu film səssiz film erasının ulduzu haqda bəhs edir. Başqa yüksək şanslı namizəd Hugo filmidir.

Kateqoraiyadakı başqa filmlər rejissor Woody Allenin çəkdiyi Parisdə Gecəyarısı, beysbol komandasının sahibkarı Bill Beane haqda Moneyball filmi və onillərlə bundan öncə cənubi ABŞ ştatlarında ağ ailələrinə xidmət göstərən qaradərili qulluqçular haqda çəkilmiş filmdir.

İfrat Küylü və İnanılmaz Dərəcədə Yaxın filmi 2001-ci il sentyabrın 11-də həlak olmuş ər və atanın ailəsinin üzləşdiyi sınaqlar haqdadır.

Ən yaxşı xarici film kateqoriyasında öndə İranın Ayrılıq filmi gedir. Əsgər Fərhadinin çəkdiyi film boşanmağa çalışan cütlük haqda bəhs edir. Bu film artıq bir neçə mükafata layiq görülüb.

Meryl Streep yenidən Dəmir Ledi filmindəki roluna görə yenidən ən yaxşı aktrisa mükafatına nominasiya edilib. Ən yaxşı aktyor kateqoriyasında George Clooney və Bradd Pitt rəqabət aparırlar.

XS
SM
MD
LG