Accessibility links

Bu gün Osloda on minlərlə insan etiraz aksiyası keçirib


Bu gün 40 minə yaxın insan Osloda toplaşaraq, sağ-cinah fəalı, keçən ilin iyul ayında mühacirlərə etirazını bildirmək məqsədi ilə 77 nəfəri qətlə yetirən Anders Breyvikə etiraz olaraq uşaq mahnıları oxumuşlar.

Ölkə boyu da minlərə insan, ölkədə çoxmədəniyyətliliyə qarşı olduğunu və öldürməkdən ilham aldığını deyən Breyvikə etiraz olaraq "Göy qurşağı uşaqları" mahnısını oxumuşlar.

33 yaşlı Breyvik insanları qətlə yetirməklə cinayət törətmədiyini, qurbanlarının ölkədə çoxmədəniyyətliliyə, bununla da müsəlmanların Avropaya gəlmələrinə imkan verdikləri üçün satqın olduqlarını və ölümə layiq olduqlarını deyib.

XS
SM
MD
LG